Ukraynanın Ali Radasında 26 oktyabr parlament seçkilərindən sonra 339 deputatdan 288-i yeni hökumətin qurulmasına səs verib. Ukraynanın Ali Radasında 26 oktyabr parlament seçkilərindən sonra 339 deputatdan 288-i yeni hökumətin qurulmasına səs verib.

Ukraynada yeni nazirlərin adları bəlli oldu - SİYAHI

Ukraynanın Ali Radasında 26 oktyabr parlament seçkilərindən sonra 339 deputatdan 288-i yeni hökumətin qurulmasına səs verib.



AzNews.az xəbər verir ki, Ukrayna qanunlarına görə hökumətin qurulması üçün 226 səs yetərli sayılır.

Seçkilərdə qələbə qazanan baş nazir Arseni Yatsenyukun "Xalq Cəbhəsi" partiyasının başçılığı ilə qurulan koalisiya hökumətində kabinet üzvləri bəlli olub:

Gennadi Zubko - Baş nazirin müavini, regional inkişaf, inşaat, cəmiyyət və cəmiyyət xidmətləri naziri

Valeri Voşçevski - Baş nazirin müavini və dövlət naziri

Vyaçeslav Kirilenko - Baş nazirin müavini və mədəniyyət naziri

Anna Onişçenko - dövlət naziri

Stepan Poltorak - müdafiə naziri

Pavel Klimkin - xarici işlər naziri

Arsen Avakov - daxili İşlər naziri

Pavel Petrenko - ədliyyə naziri

Natalya Yaresko - maliyyə naziri

Ayvaras Abramaviçus - iqtisadiyyat naziri

Vladimir Demçişın - enerji naziri

Sergey Kviti - təhsil və elm naziri

Aleksandr Kvitaşvili - səhiyyə naziri

Aleksey Pavlenko - kənd təsərrüfatı naziri

Pavel Rozenko - əmək və sosial siyasət naziri

Yuri Stets - informasiya siyasəti naziri

İqor Jdanov - gənclik və idman naziri

İqor Şevçenko - ekologiya və təbii ehtiyatlar naziri

Andrey Pivovarski - infrastruktur naziri.

Sabiq nazirlərdən yalnız 5 nəfər öz vəzifələrində qalıb. Bunlar təhsil naziri Kviti, daxili İşlər naziri Avakov, kənd təsərrüfatı naziri Pavlenko, müdafiə naziri Poltorak və xarici işlər naziri Klimkindir.

Qeyd edək ki, yeni hökumətdə bir erməni (Arsen Avakov) və bir gürcü (Aleksandr Kvitaşvili) nazir təyin edilib.


AzNews.az