ABŞ prezidenti Barak Obama Ebola virusuna qarşı mübarizə aparmaq üçün Konqressdən 6.18 milyard dollar xahiş edib. ABŞ prezidenti Barak Obama Ebola virusuna qarşı mübarizə aparmaq üçün Konqressdən 6.18 milyard dollar xahiş edib.

Obama Konqressdən 6 milyard dollar istədi - SƏBƏB

ABŞ prezidenti Barak Obama Ebola virusuna qarşı mübarizə aparmaq üçün Konqressdən 6.18 milyard dollar xahiş edib.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı "The Hill" saytı yayıb.

"Ebolanın qarşısını almaq üçün əlavə pula ehtiyac var. Konqress lazım olan pulu ayırsa, bu, onun amerikalılara və bütün dünyaya yeni il təbrik hədiyyəsi olar. Biz öz xalqımızı qorumalıyıq və başqa ölkələr qarşısında liderliyimizi nümayiş etdirməliyik", - deyə Ağ Evin sahibi vurğulayıb.

Konqressin isə yaxın zamanlarda prezidentin təklifini qəbul edib-etməyəcəyi gözlənilir.

Şimali Koreya rəhbərliyi Ebolanın yayılmasına görə ABŞ-ı ittiham edib: "Afrika ərazisində bioloji silahın sınaqdan keçirilməsi bu bəlanın baş verməsinə gətirib çıxarıb".