İŞİD liderinin övladının saxlandığı təsdiqləndi

DNT analizi sübut edib ki, Suriya-Livan sərhədində saxlanılan uşaq İŞİD terrorçu təşkilatın lideri Əbu Bəkr Bağdadinin qızıdır.

Musavat.com-un məlumatına görə, bu barədə Livanın daxili işlər naziri açıqlama verib.

Az öncə Livan hökuməti sərhədi keçərkən uşaqlı qadının saxlandığını bildirmişdi. Rəsmilərin məlumatına görə, qadın İŞİD liderinin arvadlarından biridir.

Ancaq İraq tərəfi məlumatı təkzib edərək bildirmişdi ki, saxlanılan qadın İraq vətəndaşı və terrorizmə görə mühakimə edilən şəxsin bacısıdır.

Livan polisi isə öz iddiasında təkid edir – onlar Bağdadinin arvadı və qızıdır.