- Köhnə - Dünya
- 1 Yanvar 2015 15:06
- 7 933
Ukrayna prezidenti tatar dilində danışdı - VİDEO
Ukrayna prezidenti Petro Poroşenko Yeni il bayramı münasibətilə Ukrayna dilində xalqa müraciətinin sonunda tatar dilində “əziz vətəndaşlar” sözünü işlədib.
AzNews.az xəbər verir ki, Poroşenko çıxışında ötən ilin Ukrayna tarixinin son 70 ilində ən ağır il olduğunu deyib.
"Qəddar düşmən torpağımıza, həyatımıza, azadlığımıza və müstəqilliyimizə əl uzatdı. Uşaqdan böyüyədək hamı Vətənin müdafiəsinə qalxdı. Bu vətəndaş müharibəsini biz mütləq udacağıq, çünki biz ədalətli mübarizə aparırıq. Həqiqət bizim tərəfimizdədir. Tanrı da bizimlədir!", - deyə Ukrayna prezidenti vurğulayıb.
Qeyd edək ki, Poroşenko çıxışının sonunda "əziz vətəndaşlar" sözünü Ukrayna dili ilə yanaşı tatar və rus dillərində də səsləndirib.