- Köhnə - Dünya
- 12 Fevral 2015 17:00
- 6 105
Ermənilər rus əsgəri üçün aksiya keçirdi – VİDEO
Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində yerli sakinlər bu ölkənin Baş prokurorunun binası önündə aksiya keçiriblər.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.
Aksiyanı keçirməkdə əsas məqsəd bir erməni ailəsini qətlə yetirən rus əsgər Valeri Permyakovun erməni hüquq-mühafizə orqanlarına təhvil verilməsidir.
Qeyd edək ki, Gümrüdə dislokasiya edilən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov yanvarın 12-də silahla bazanın ərazisini tərk edərək bir erməni ailəsinin 7 üzvünü qətlə yetirib.