- Köhnə - Dünya
- 13 Fevral 2015 10:24
- 5 959
Barak Obama yumoristik çarxa çəkildi – VİDEO
ABŞ prezidenti Barak Obama səhiyyə sistemində aparılan islahatlara dəstək məqsədilə yumoristik çarxa çəkilib.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
Çarx "BuzzFeed" internet nəşri tərəfindən hazırlanıb. Youtube-da yayımlanan videoda vurğulanır ki, həyatda elə əşyalar var ki, hər şeyə qadirdirlər, ancaq onlar haqda danışmırlar.
Barak Obama çarxda guya müsahibə verməyə hazırlaşır. O, güzgünün qarşısında çıxışını təkrarlayır, dilini çıxardır, bloknotda həyat yoldaşı Mişelin şəklini çəkir. Sonra isə peçenyeni südlə qarışdırmaq istəyir, selfi çəkir və xəyalında basketbol topunu tora atır.
Dünəndən sosial şəbəkəyə qoyulan video özünə çox saylı izləyici toplayıb.