Donetsk mədənində ölənlərin sayı 30-a çatdı

Ukraynanın Donetsk şəhərində fəaliyyət göstərən mədəndə baş verən partlayış zamanı ölənlərin sayı 30-a çatıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Məlumata görə, Zasyadko adına mədəndə partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmır.

Mədənlərə nəzarət idarəsinin sədri Vladimir Çımbalenko jurnalistlərə açıqlamasında deyib ki, hadisə zamanı mədəndə 207 nəfər olub: "Xilasedicilər zəhərli qaza görə işçilərə yaxınlaşa bilmirlər".

Alınan son xəbərdə deyilir ki, təhlükə zonasında 73 mədənçi qalıb.
image description image description