İsrail: Vəhşiləri cəzalandıracağıq

İsrail əsgərləri tərəfindən saxlanılan fələstinli uşağa qarşı etdiyi vəhşiliklə bağlı araşdırmalar başlanılıb

.

ANS PRESS-in məlumatına görə, İsrail ordusunun sözçüsü Aviçay Adra hadisə haqqında verdiyi açıqlamada bunları bildirib: "Baş qərargah rəisi Gadi Eizenkot İsrail əsgərlərinə aid itin fələstinli uşağa hücum etməsini özündə əks etdirən görüntülər haqqında istintaq açılması barədə təlimat verib".

Ordu sözçüsünün dediyinə görə, əsgərlərin gözləmələrinin əksinə olaraq hadisəyə ciddi baxılmaqdadır: "Bir daha belə hadisələrin təkrarlanmaması üçün lazımi tədbirlər görüləcək".

Qeyd edək ki, İsraildə milliyyətçi kimi tanınan siyasətçi Mikael Ben Ari "Facebook" səhifəsində paylaşdığı videoda saxlanılan 16 yaşlı fələstinli Həmzə Əbu Haşimin iki əsgər itinin hücumuna məruz qaldığı əksini tapıb. Ben Arinin videonun altına yazdığı "Əsgərlər kiçik terrorçuya dərs verir" şərhi İsrailin özündə belə tənqidlərə səbəb olmuşdu.