Polis məntəqələrinə hücum edildi

Bu gün səhər saatlarında Suriyanın paytaxtında bir-birinin ardınca iki partlayış törədilib. AzNews.az-ın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, mücahidlər şəhərin mərkəzində yerləşən iki polis məntəqəsinin yaxınlığında minalanmış avtomobil partladıblar. Daha sonra polislə silahlılar arasında atışma baş verib.

Ölən və yaralananların olduğu bildirilsə də, onların dəqiq sayı barədə məlumat verilmir. Bundan əlavə, verilən xəbərlərə görə, Əsəd qüvvələri ilə Azad Suriya Ordusu arasında silahlı qarşıdurma yalnız paytaxt Dəməşqlə məhdudlaşmır. Döyüşlərin Aleppo şəhərində və Türkiyə ilə sərhəd rayonlarda da qızğın şəkildə davam etdiyi bildirilir.

Sadiq Musa
AzNews.az