Prezidentin qardaşını balta ilə öldürdülər – Şri-Lankada

Şri-Lanka prezidenti Maytripala Sirisenanın kiçik qardaşı Priyanta balta ilə öldürülüb.



AZNEWS.AZ xəbər verir ki, hadisə paytaxt Kolombonun şimal-şərqində yerləşən Polonnaruva şəhərində qeydə alınıb.

3 uşaq atası olan iş adamı dostu tərəfindən öldürülüb. Başından çoxsaylı zərbələr alan Priyanta xəstəxanada dünyasını dəyişib.


Hadisəni törədən şəxsin tutulduğu deyilir.

Qətl zamanı Şri-Lanka prezidenti Maytripala Sirisena Çində rəsmi səfərdə olub.