Estoniya hökuməti istefa verdi

Estoniya hökuməti Baş nazir Taavi Rıyvas da daxil olmaqla istefaya göndərilib.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Delfi nəşri yayıb.
İstefa ölkədə keçirilən yeni parlament seçkilərindən sonra baş verib.
Bu gün parlament yeni tərkibdə ilk iclasını keçirib və hökumət istefaya göndərilib.
Qeyd edək ki, mart ayının 12-də keçirilən seçkilərdə Taavi Rıyvasın rəhbərlik etdiyi İslahatlar Partiyası qalib gəlib.