ABŞ-ın Texas ştatında yerləşən Fort-Uert şəhərində ailə faciəsi yaşanıb. ABŞ-ın Texas ştatında yerləşən Fort-Uert şəhərində ailə faciəsi yaşanıb.

Öncə sevgilisini, sonra isə özünü öldürdü – Səbəb

ABŞ-ın Texas ştatında yerləşən Fort-Uert şəhərində ailə faciəsi yaşanıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "New York Daily News" qəzeti yayıb.

Məlumata görə, 46 yaşlı Terri Martin lotoreya biletində 500 dollar udub. Bu zaman onun 48 yaşlı sevgilisi Loris Hempton pulun yarı bölünməsini istəyib. Bu ideya isə Terrinin xoşuna gəlməyib və mübahisə başlayıb.

Nəticədə Terri tapança ilə sevgilisinin sinəsinə atəş açıb. Sonra isə öz başına güllə vuraraq intihar edib.

Qadın yaralı halda 911-ə zəng edib, ancaq onun həyatını çoxlu qan itirdiyinə görə xilas etmək olmayıb. Həkimlər gələnədək o, dünyasını dəyişib.

Qeyd edək ki, cütlük bir-birini uşaq vaxtından tanıyıb, ancaq onlar son bir neçə ildir ki, birgə yaşayıblar.