Koreya Respublikası Yəmən ərazisində silahlı münaqişə ilə əlaqədar bu ölkədəki səfirliyini müvəqqəti olaraq öz hərbi gəmisində açıb. Koreya Respublikası Yəmən ərazisində silahlı münaqişə ilə əlaqədar bu ölkədəki səfirliyini müvəqqəti olaraq öz hərbi gəmisində açıb.

Gəmidə səfirlik açıldı

Koreya Respublikası Yəmən ərazisində silahlı münaqişə ilə əlaqədar bu ölkədəki səfirliyini müvəqqəti olaraq öz hərbi gəmisində açıb.



Bu yaxınlarda cənubi koreyalıların Yəməndən təxliyəsindən sonra bu ölkədə qalmağa qərar verən 23 Koreya Respublikası vətəndaşının təhlükəsizliyini təmin etmək və onlara zəruri kömək etmək məqsədilə "Van Qoq" esminesində müvəqqəti diplomatik missiya yerləşdirilib.

Qeyd edək ki, göyərtəsində xüsusi təyinatlıların olduğu esmines Somali sahillərində dəniz quldurları ilə mübarizədə iştirak edir.