Con Kerri İsrailə buraxılmayıb – Dövlət Katibinin daha bir planı ifşa olundu

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-ın Dövlət Katibi Con Kerrinin bu ölkəyə səfərinə razılıq verməyib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı İsrailin "2-ci kanal"ı yayıb.

Məlumata görə, səfər Knessetə seçkilər ərəfəsində baş tutmalı imiş. Con Kerrinin İsrailə gəlməkdə məqsədi Fələstin muxtariyyətinin yaradılması haqda danışıqların davam etdirilməsi olub. Ancaq Netanyahu məsələ ilə bağlı Kerriyə müəyyən müddət gözləməyi məsləhət görüb.

Ekspertlərin fikrincə, baş nazirin belə bəyanatla çıxış etməsi dolayısı yolla Kerriyə "yox" cavabını vermək anlamını daşıyır.

Məlumatda qeyd olunur ki,"yox" cavabınıın kökündə daha ciddi mətləblər dayanır. Belə ki, guya, İsrail xüsusi xidmət orqanları Kerrinin ofisində İsrail-Fələstin münasibətlərinə dair hansısa gizli sənədin hazırlanması və onun maliyyələşdirdiyi qurumların köməyi ilə bu ölkədə müəyyən dəyişikliklər etməyin planlaşdırılması barədə məlumatlar əldə ediblər. Bu da İsrail hökumətində ABŞ-a ciddi qıcıq yaradıb. Buna görə də Dövlət Katibinə sayğısızlıq göstərilib.

Qeyd edək ki, Con Kerrinin adı və faəliyyətilə bağlı son zamanlar Azərbaycanda da ciddi diskussiyalar gedir. Bu ayın əvvəlində Con Kerrinin ofisində hazırlanan ölkəmizə qarşı yönəlmiş layihənin ilkin konturları ictimaiyyətə açıqlanıb. Bildirək ki, Con Kerri islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən, ABŞ-dakı bütün ermənipərəst təşəbbüsləri ciddi-cəhdlə dəstəkləyən şəxs kimi tanınır. Təkcə onun fəaliyyətini gözdən keçirmək ABŞ-ın müstəqil dövlətlərin daxili işlərinə qarışmadığı və hakimiyyət çevrilişi planları hazırlamadığı barədə ən yüksək səviyyələrdə söylənilən fikirlərin üzərindən birmənalı xətt çəkir.