İsrail terror aktının olacağından ehtiyatlanır İsrail terror aktının olacağından ehtiyatlanır

İsraildə ordu yüksək hazırlıq vəziyyətində

İsrail terror aktının olacağından ehtiyatlanır



Qəzza sektorunda İsrailin hərbi əməliyyatları genişləndirməsi Yaxın Şərqdə gərginliyə səbəb olub. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, İsrail ordusu və Xüsusi Xidmət Orqanları yüksək hazırlıq vəziyyətinə gətirilib.

İsraildə hesab edirlər ki, islamçı terrorçular Sinay yarımadasında terror aktları törədə bilərlər. Misir də İsrailin təxribatlarından ehtiyatlandığı üçün bu ölkə ilə sərhəddə ordunu tam döyüş hazırlığı vəziyyətinə gətirib.

Sadiq Musa
AzNews.az