2 əsgər şəhid oldu – Türkiyədə

Türkiyədə 2 əsgər suda boğularaq ölüb.


AzNews.az xəbər verir ki, hadisə Hakkarinin Şemdinli rayonunun Yeşilova kəndinin yaxınlığında yerləşən Hezer çayında baş verib.

Sərhəd Komandanlığında xidmət keçən əsgər üzünü yumaq üçün Hezer çayının kənarına gəlib. Bu zaman o, tarazlığını itirərək suya düşüb. Onu xilas etmək üçün suya tullanan yoldaşı da suda boğulub.

Sudan çıxarılan əsgərlər hərbi tibb personalın bütün müdaxilələrinə baxmayaraq şəhid olub. Onların cənazələri vertolyotla Vana, oradan da yaşadıqları bölgələrə göndərilib.