Türkiyənin Bodrum şəhərində ibtidai sinif müəlliminin şagirdlərə qarşı təcavüzü ilə bağlı cinayət işi başlayıb. Şikayətçi valideyn məhkəmədə "Qapını açanda qızım müəllimin qucağında oturmuşdu, şoka düşdüm” sözlərini deyib. Türkiyənin Bodrum şəhərində ibtidai sinif müəlliminin şagirdlərə qarşı təcavüzü ilə bağlı cinayət işi başlayıb. Şikayətçi valideyn məhkəmədə "Qapını açanda qızım müəllimin qucağında oturmuşdu, şoka düşdüm” sözlərini deyib.

Məktəbə qızını görməyə getdi və ... (VİDEO)

Türkiyənin Bodrum şəhərində ibtidai sinif müəlliminin şagirdlərə qarşı təcavüzü ilə bağlı cinayət işi başlayıb. Şikayətçi valideyn məhkəmədə "Qapını açanda qızım müəllimin qucağında oturmuşdu, şoka düşdüm” sözlərini deyib.

AzNews.az xəbər verir ki, bu haqda məlumat "haberler" saytında yer alıb.

Məlumata görə, Bodrumda bir ibtidai məktəbdə yaşları 8 -9 arasında dəyişən 4 qız uşağına cinsi təcavüz iddiasıyla həbs olunan ibtidai sinif müəllimi 53 yaşlı K.P.nin ilk məhkəmə iclası keçirilib.

Məhkəmədə söz alan valideynlərdən T.D. "Məktəbə gedəndə uşaqlar həyətdə oynayırdı. Qızımı görmək üçün sinifə getdim. Qapını açanda qızım müəllimin qucağında oturmuşdu, şoka düşdüm. Müəllim "Noolub?" deyə sordu və qızımı yerə qoydu. Sən demə bu, ilk deyilmiş. Qızımın dediklərini burada anlada bilmərəm" sözlərini deyib.

Bodrum 1-ci Ağır Cəza Məhkəməsində aparılan cinayət işində müqəssir bilinən 2 uşaq atası K.P-nin özü, 4 uşağın vəkilləri və valideynlər iştirak edib.

Müttəhim K.P.yə söz verilib. K.P. şagird, valideyn və şahid müəllimlərin iddialarını rədd edib:

"18 ildir ki, müəllim işləyirəm. Bu günə qədər cinayət törətməmişəm. Müəllimlər və uşaqlar mənə qarşı səhv addım atıblar. Uşaqları çox istədiyimdən qucağımda oturtmuşam. Onlara təcavüz etməmişəm".

Məhkəmə sədri isə müttəhimə belə cavab verib: "Bəli, bəzi uşaqlar vəzifə kreslolarına oturmağı sevirlər. Bu, normaldır. Məsələn, Baş Nazir və Məclis Sədri də zaman-zaman kreslolarını bayram günlərində uşaqlara verirlər. Sizin dedikləriniz isə çox qəribədir. Bu günə qədər belə bir hadisə olmayıb".

Məhkəmə iclasında bütün şagirdlər K.P.dən şikayətçi olub.

Sonda iclas avqust ayının 11-dək təxirə salınıb.

Məhkəmə iclasından sonra Bodrum Qadın Həmrəyliyi Platformasının sözçüsü Figan Erozan jurnalistlərə belə deyib: "Mart ayında hadisənin ortaya çıxmasından sonra ailələrə psixoloji dəstək veririk. Bu şəxsin ən ağır şəkildə cəzalandırılmasını istəyirik. Burada gördüyünüz adam bir müddət aradan çıxmışdı. İndisə hər kəsi çaşdırmağa çalışır. Əslində o, 8 uşağa təcavüz edib, ancaq 4 uşağın ailəsi şikayətçi olub. Onun ən ağır cəza almasını təmin edəcəyik".