- Köhnə - Dünya
- 7 İyul 2015 12:22
- 7 308
Kanadalı model İŞİD-lə döyüşmək üçün kürdlərə qoşuldu - VİDEO
Kanadadakı rahat həyatını qoyub YPG-yə (kürd yaraqlıları) qoşularaq İŞİD-ə qarşı mübarizə aparan model Tiger Sun müharibədə ön sıralarda yer alır.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.Tiger İŞİD-ə qarşı savaşmaq üçün Suriyaya gedərək YPG-nin qadın qüvvələri kimi tanınan YPJ-yə qoşulub.
"Mail Online"nin xəbərinə görə, xəfiyyə kimi xidmət edən və snayperdən atmağı bacaran Sun (gerçək adı gizli saxlanılır) müharibədə ön sıralarda vuruşur.
Ayaqlarındakı narahatlıq səbəbilə Kanadaya qayıdan model ən qısa müddətdə yenidən savaşmaq üçün Suriyaya gedəcəyini deyir.
"KÜRDLƏRİN TİBBİ PERSONALI YOXDUR"
O, döyüşərkən gördüklərini danışıb: "Bir dəfə minaya düşən kiçik bir qız yaxınlıqda kürdlərin tibbi personalı olmadığından həyatını itirdi. Cəbhədə qadın və kişi əsgərlər arasında cinsi əlaqə olur, ancaq bunu gizli saxlayırlar".
Cəbhədə qopmuş bir barmaq gördüyünü, amma ətrafında heç bir cəsədə rast gəlmədiyini bildirən Sun qadınların kişilərlə cəbhədə bərabər şərtlər daxilində müharibə apardığını da deyib.
"İŞİD-LİLƏRİ ÖLDÜRDÜK"
Sun müsahibəsində "Dəhşətin şahidi oldum, məsum insanların İŞİD tərəfindən öldürüldüyünü gördüm. Biz də İŞİD-liləri öldürdük" sözlərini əlavə edib.