Ukraynada Jitomir vilayətinin Novqorod-Volınski şəhər meri Ukraynanın adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. Ukraynada Jitomir vilayətinin Novqorod-Volınski şəhər meri Ukraynanın adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib.

Ukraynanın adı dəyişdirilir - “Ukrayna-Rus” (Təklif)

Ukraynada Jitomir vilayətinin Novqorod-Volınski şəhər meri Ukraynanın adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, mer Vladimir Zaqriviy ölkənin adını "Ukrayna-Rus" olaraq dəyişdirməyi təklif edib.

Mer Ukrayna Respublikasının adının "Ukrayna-Rus" (Kiyevskaya Rus) olaraq dəyişdirilməsi üçün ölkə Konstitusiyasına dəyişiklik və əlavələrin edilməsi barədə təkliflərini Ukrayna prezidentinə təqdim etməyi tapşırıb.

Məlumatda qeyd olunur ki, təklifin mətni Ali Radaya, hökümətə, Ukrayna şəhər assosasiyasına və bütün şəhər merlərinə göndəriləcək.

Bununla yanaşı, mer müvafiq məktubu Ukrayna prezidentinə də göndərib.

"Məktubda qeyd olunur ki, məhz bu ad Ukrayna xalqından şanlı tarixi ilə birgə oğurlanıb", -deyə merin mətbuat xidmətindən məlumat verilib.

Aydan Axundova