Hərbi xəstəxanaya silahlı hücum - Türkiyədə

Türkiyənin Bitlis vilayətində hərbi xəstəxanaya silahlı hücum olub.


AzNews.az "Hurriyet" qəzetinə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri hücüma anında cavab verib və terrorçular hadisə yerindən qaçıb.

Məlumata görə, hücum nəticəsində xəsarət alan yoxdur.

Hazırda hadisə yerindən qara rəngli avtomobillə qaçan terrorçuların kimliyinin müəyyənləşdirilməsi üçün iş aparılır.

Faktla bağlı cinayət işi açılıb.

Gülər
AzNews.az