ABŞ və Macarıstan nüvə energetikası sahəsində saziş imzalayıb

ABŞ və Macarıstan mülki nüvə energetikası sahəsində əməkdaşlığa dair hökumətlərarası sənəd imzalayıblar. Sazişin imzalanma mərasiminin yayımı ABŞ Dövlət Departamentinin “YouTube” kanalında dərc olunub.

Sənədi Macarıstanın xarici işlər naziri Peter Siyarto və ABŞ dövlət katibi Marko Rubio imzalayıblar. Razılaşma iki ölkə arasında nüvə sahəsində əməkdaşlığı daha yüksək səviyyəyə qaldırır və 2025-ci ilin noyabrında Macarıstanın Baş naziri Viktor Orbanın Vaşinqtona səfəri zamanı imzalanmış qarşılıqlı anlaşma memorandumunun həyata keçirilməsi üçün siyasi baza yaradır.

Memoranduma əsasən, Macarıstan Rusiyadan alınan yanacağa əlavə olaraq “Paks” Atom Elektrik Stansiyası üçün ABŞ istehsalı nüvə yanacağı tədarük edəcək. Tədarüklərin dəyəri təxminən 114 milyon dollar qiymətləndirilir və onların üç-dörd il ərzində başlanması gözlənilir.

Mövsüm,

AzNews.az