Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq

Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq.

Aznews.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib.

A.Paşazadə xatırladıb ki, hazırda QMİ-nin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir:

"Əhatə coğrafiyamızı genişləndirmək istiqamətində işlər davam edir. Hazırda Vatikanda nümayəndəliyimizin yaradılması istiqamətində danışıqlar aparırıq".