- Köhnə - Dünya
- 15 Avqust 2015 10:15
- 8 816
“Ölülərlə selfi”nin müəllifi istintaqa çağırıldı - FOTOLAR

Rusiyanın Sıktıkvar şəhərinin polisi yerli ritual xidmətlər agentliyinin əməkdaşı barədə yoxlamalara başlayıb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs "Vkontakte" sosial şəbəkəsində ölən şəxslə ən yaxşı selfi müsabiqəsini təşkil edən Alfred Polyakovdur.
"Kişinin hərəkətlərinə hüquqi qiymət veriləcəkdir. İctimai (qiymətləndirmə) artıq gördüyünüz kimi baş verdi",- deyə Sıktıkvar DİN İdarəsindən anonim mənbə bildirib.
Qeyd edək ki, "Ölülərlə selfi" müsabiqəsi 2015-ci il iyulun 19-da elan olunub. Müsabiqənin təşkilatçısı ölən şəxslərlə şəklini yayımlayacaq insanlara ödəniş edəcəyini deyib. Öz səhifəsində o, ödənişin 500-dən 3 min rubla qədər olacağını bildirib. Bununla yanaşı, qeyri-standart selfilərə həsr olunan qrupda qalibin 5 min rubla qədər qazanc əldə edə biləcəyi elan olunub.
Müsabiqənin elanında qeyd edilib ki, şəkillərin qiymətləndirilməsində meyar şəkildəki şəxsin xoşbəxt olduğunu göstərən aydın təbəssümdür: "Əsas şərt ölənə hörmətdir. Biz sayqısızlıq, hörmətsizlik, əxlaqsızlıq və mənəviyyatsızlıq ifadə olunan şəkillərə baxmırıq. Sizin şəklinin göstərməlidir ki, siz qohumunuzun daha yaxşı dünyaya getdiyi üçün xoşbəxtsiniz".
Sosial şəbəkənin istifadəçiləri müsabiqənin müəllifini tənqid ediblər. Onun sosial şəbəkədəki yazısınız aşağısında yüzlərlə təhqiredici şərh yerləşdirilib. Lakin şərhlər arasında müəllifə dəstək verənlər də tapılıb.



Aydan Axundova

