ABŞ və Rusiya Suriya böhranının həlli üçün təməl məsələlərdə razılıq əldə edib. ABŞ və Rusiya Suriya böhranının həlli üçün təməl məsələlərdə razılıq əldə edib.

“Rusiya ilə razılaşdıq” - ABŞ-dan rəsmi açıqlama

ABŞ və Rusiya Suriya böhranının həlli üçün təməl məsələlərdə razılıq əldə edib.


AzNews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri deyib.

"Rusiya ilə Suriya mövzusunda təməl məsələlərdə razılaşdıq, ancaq son nəticəyə dair fikir ayrılıqlarımız davam edir", - Kerri bildirib.

Rusiyalı həmkarı Sergey Lavrovla sabah görüşəcəyini söyləyən Kerri qeyd edib ki, həmrəylik nümayiş etdirərək Suriya böhranından çıxış yolu tapmağın zamanıdır.

Qeyd edək ki, dünən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı baş qərargahında ABŞ və Rusiya prezidentləri Barak Obama və Vladimir Putin görüşüb. Görüşdə əsas yer Suriya böhranının həllinə ayrıldığı deyilir.

Məlumata görə, Suriya böhranının siyasi həlli mövzusunda razılaşan ABŞ və Rusiya liderləri saat yarım davam edən görüşdə Əsədin gələcəyi barədə razılaşa bilməyiblər. Moskvanın Əsədi radikal qruplara qarşı bir sipər olaraq gördüyünü söyləyən Ağ Ev səlahiyyətlisi ABŞ-ın isə Suriya prezidentini bölgədə məzhəblər arasındakı qarşıdurmaları qızışdıran şəxs kimi, Moskvanın isə Əsədi radikal qruplara qarşı bir sipər olaraq gördüyünü deyib.

ABŞ və Rusiyanın Əsədin gələcəyi ilə bağlı fikir ayrılığı görüşdən əvvəl Obama və Putinin BMT Baş Assambleyasındakı çıxışlarında da özünü göstərdi. Putin çıxışında dünya liderlərindən Əsədə dəstək verilməsini istəyib. O, bildirib ki, İŞİD və digər terrorçu təşkilatlarla yalnız Əsədin ordusu və kürd döyüşçülər vuruşur.

BMT Baş Assambleyasının sessiyasında çıxış edən ABŞ prezidenti isə Bəşər Əsədin ünvanına kəskin ifadələr söyləyib. Barak Obama Əsədi "xalqını bombalayan tiran" adlandırıb. ABŞ prezidenti Suriyada Bəşər Əsədlə davam edilməsinin mümkün olmadığını dilə gətirib.

Siyasi mütəxəssislər isə hesab edir ki, "son nəticəyə dair fikir ayrılıqları" deyəndə məhz Əsədin taleyindən söhbət gedir.