İŞİD noyabrın 13-də Parisdə 132 nəfərin öldüyü terror hadisəsi ilə yanaşı Türkiyədə də terror aktı törətməyi planlaşdırıbmış. İŞİD noyabrın 13-də Parisdə 132 nəfərin öldüyü terror hadisəsi ilə yanaşı Türkiyədə də terror aktı törətməyi planlaşdırıbmış.

Fransadakı dəhşət Türkiyədə də baş verəcəkmiş – Terrorun qarşısı alınıb

İŞİD noyabrın 13-də Parisdə 132 nəfərin öldüyü terror hadisəsi ilə yanaşı Türkiyədə də terror aktı törətməyi planlaşdırıbmış.


AzNews.az xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələrinin terrorun qarşısını vaxtında aldıqları üçün İŞİD İstanbulla bağlı planını həyata keçirə bilməyib.

İŞİD-in rəsmi cəlladı olan "Cihadçı Con"nun köməkçisi də daxil olmaqla təşkilatın beş üzvü cümə günü İstanbulda həbs olunub. Fransanın AFP xəbər agentliyi də xəbəri də təsdiqləyib. Məlumatda bildirilir ki, İŞİD-çilər Parislə eyni gündə İstanbulda da terror törətməyi planlaşdırdıqlarını etiraf ediblər. Keçirilən əməliyyat zamanı onların bu planının qarşısı alınıb.



Qeyd edək ki, Noyabrın 13-də Parisdə 3 terror aktı törədilib. Törədilən terror aktları nəticəsində 132 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Sevinc