Avropa İttifaqının dələduzluqla mübarizə idarəsinin rəhbəri, italiyalı prokuror Covanni Kessler 500 avroluq əskinasların istifadəsindən imtina olunmasını təklif edib. Avropa İttifaqının dələduzluqla mübarizə idarəsinin rəhbəri, italiyalı prokuror Covanni Kessler 500 avroluq əskinasların istifadəsindən imtina olunmasını təklif edib.

Rüşvətxorlar avrosuz qalacaq – Əskinaslar ləğv edilə bilər

Avropa İttifaqının dələduzluqla mübarizə idarəsinin rəhbəri, italiyalı prokuror Covanni Kessler 500 avroluq əskinasların istifadəsindən imtina olunmasını təklif edib.


AzNews.az xəbər verir ki, bu barədə "Deutsche Welle" radiostansiyası məlumat yayıb.

Covanni bu məbləğdə olan əskinasa ehtiyac olduğuna şübhə etdiyini bildirib. Onun sözlərinə görə, əskinasdan imtina dələduzların və rüşvətxorların həyatını ciddi şəkildə çətinləşdirə bilər.

Qeyd edək ki, avronun emissiyasına görə məsul olan Avropa Mərkəzi Bankı məmurun təklifini şərh etməkdən imtina edib.

Xatırladaq ki, 2013-cü ildə bir sıra alman ekspertlər də ən böyük Avropa əskinasından imtina etməyin düzgün olduğunu demişdilər. Onlar iddia edirdilər ki, bu əskinas təkcə cinayətkarlara, rüşvətxorlara və vergidən yayınan şəxslərə lazımdır. O zaman Avropa Mərkəzi Bankı ideyanın müzakirəyə layiq olduğunu bildirmişdi.

Aydan AXUNDOVA