- Qərb
- 13 May 22:10
- 1 259
Orban: Ukrayna xüsusi xidmət orqanları Macarıstana qarşı əməliyyata başlayıb

Ukraynanın xüsusi xidmət orqanları Macarıstan sakinləri arasında ölkənin Avropa İttifaqına (Aİ) daxil olması məsələsi ilə bağlı referendumu pozmağa cəhd edərək, ona qarşı əməliyyata başlayıb.
Bu barədə Macarıstanın baş naziri Viktor Orban məlumat verib.
Orbanın sözlərinə görə, Kiyevin hərəkətlərində məqsəd Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı səsverməni pozmaq olub.
“Ukrayna bizim səsimizi qeyri-mümkün etmək üçün Macarıstana qarşı koordinasiyalı qarayaxma kampaniyasına başlayıb”, – Orban Facebook-da videomüraciətində bildirib.
Mövsüm
Aznews.az