Gürcüstanın ən turistik yerlərindən olan bu mağaranı ildə 180 min turist ziyarət edir... Gürcüstanın ən turistik yerlərindən olan bu mağaranı ildə 180 min turist ziyarət edir...

AzNews.az-ın müxbiri Prometey mağarasından reportaj hazırladı - FOTO

Gürcüstanın ən turistik yerlərindən olan bu mağaranı ildə 180 min turist ziyarət edir...

Prometey. Onu yunan mifologiyasından, Esxilin “Zəncirlənmiş Prometey” əsərindən tanıyırıq. Gürcüstana səfərimiz çərçivəsində başqa bir Prometeyi də tanımış olduq. Özü də bu, nə mif, nə tanrı, nə də hansısa bir varlıqdır, bu, tarixin, təbiətin, belə demək mümkünsə, elə möcüzənin özüdür...

Prometey Mağarası

Mağaranın digər adı Kumistavidir. Yerləşdiyi kəndin adı belədir. Ölkənin Qərbində, İmereti bölgəsində, Kutaisi şəhər mərkəzindən təxminən 40 kilometr uzaqlıqda yerləşir. Tarixi mənbələrə görə, mağara ilk olaraq 1984-cü ilin iyun ayında Tiflis Coğrafiya İnstitutunun xüsusi ekspedisiyası tərəfindən aşkar edilib. O zaman ekspedisiya üzvləri 90 santimetrlik tunel vasitəsilə mağaraya çıxış əldə ediblər və eyni gündə 7 möhtəşəm mağara salonu aşkarlayıblar. Bu tapıntıdan sonra məkan dərhal bir nümayiş yeri olaraq inkişaf etdirilir və Gürcüstanın ən böyük mağarası halına gətirilir.

Mağara kompleksinin girişində ciddi bir səliqə-sahman hiss edilir. Kompleksin ofis binasında mağaradan aşkar edilən qiymətli daş parçaları və qədim dövrə aid əşyalar, əmək alətləri nümayiş etdirilir. Salonun yuxarı başında mağaranın içərisində nələrin olduğunu qısa şəkildə əks etdirən maket də quraşdırılıb. Bir sözlə, Prometeylə canlı tanış olmazdan öncə bu kiçik, amma zəngin muzeylə tanışlıq bizi məmnun etdi. Daha sonra klassik bir gürcü qızının bələdçiliyi ilə mağaranın girişinə tərəf irəlilədik. Xüsusi quraşdırılmış pilləkənlər, ətrafındakı gözəl mənzərəylə birgə, bizi düz bir ucu qaranlıq olan oyuğa qədər apardı. Daxil olub qaranlıq dəhlizlə bir az irəlilədik. Girişdə tək-tük lampa işartılarını görüb "Deyildiyi kimi ekzotik deyil" demək istəyirdik ki, birdən qarşımızda sanki sehirli bir nağıl açıldı. Bu nağılda isə bütün obrazları qayalar, onlardan damcı ilə süzülən şəffaf qrunt suları və LED lampalar canlandırırdı. Bir anlıq özümüzü sehirli yuvada hiss etdik. Bu nəhəng və ekzotik yuva bir öncəki təəccübümüzü gizlədərək o birinə keçməyə imkan vermirdi.

Bir-birinin ardınca bir neçə zaldan ibarət olan bu mağaranı yeraltı göllər, çaylar, olduqca yüksək rütubət və çox sayda yarasalar daha da tilsimləyir. Öyrəndik ki, bu gün 3 km uzunluğunda xüsusi hazırlanmış landşaft sahəsi ilə əhatə olunan və bir neçə min illik tarixi özündə əks etdirən Kumistavi mağarası Gürcüstanın ən turistik yerlərindən biridir. Mağaranı bir ildə 180 min turist ziyarət edir. Sözün həqiqi mənasında, qısa müddətdə burada olmaq bizə yeraltı atmosferi bütün rənglərdə hiss etdirən unikal bir təcrübə oldu.

Turistlər mağarada 1600 metrlik marşrut boyunca gəzinti turları arasında da seçim edə bilirlər. Belə ki, buranı yeraltı çay boyunca da gəzmək mümkündür. Qiymətlərə gəldikdə isə qayıqla tur etmək üçün 35 lari, adi - yəni yürüyərək gəzmək üçün 20 lari ödəniş tələb edilir. Bundan başqa, VİP xidmətlər də var ki, bunun dəyəri 100 laridir. VİP xidməti "Gozləmə yoxdur", "qayıqda ancaq ailənlə və ya tək oturursan" kimi avantajlara malikdir. Bu turistik kompleksin bir üstün cəhəti də odur ki, tələbələr və uşaqlar üçün bilet qiyməti 5 lari təşkil edir.

Bu sehirli məkanda rəngarəng LED işıqları ilə zəngin bir yeraltı sistem var. Mağaranın içərisində daim 14 dərəcə selsi (57F) temperatur olur. Yəni yay və ya qış olmasının heç bir fərqi yoxdur, istilik davamlıdır. Bu da turistlərə bütün il boyu mağaranı ziyarət etməyə və orada istədikləri qədər vaxt keçirməyə imkan verir.

Mağaranın o başına çıxana kimi azı bir saat vaxt sərf etdik. Amma yolun tən yarısında düşünməyə başlayırsan - görəsən, bu qədər yolu bir də geri qayıdacağıq?! Həm həyəcan, həm də fiziki yorğunluq adama bu kimi şeyləri düşündürür. Amma biləndə ki, yox, digər tərəfdən çıxacağıq və orada bizi xidməti mikroavtobus qarşılayacaq, onda bir az da rahatladıq və macəra dolu yolumuza davam etdik.

Niyə məhz Prometey?

Bu sualı bələdçi qızcığaza da sorduq. Ya başından eləmək üçün, ya da dolğun məlumatı olmadığından qısa bir cavab verdi - "Turistlərin diqqətini çəkmək üçün...".

Ona görə də qalacağımız otelə gələr-gəlməz bu istiqamətdə internetdə bir balaca axtarış elədik. Məlum oldu ki, Kumistavi, yəni Prometey Mağarası bu təlatümlü ada görə Amirani haqqında məşhur bir Qafqaz mifinə borcludur. Əfsanədə deyilir ki, Amirani Prometeyus kimi tanrıları qəzəbləndirdi və sonda cəzalandırıldı. Gündüzlər və gecələr qartal onun qaraciyərini yeyərkən əzab çəkdi; Ancaq yunan nəhəngindən fərqli olaraq, qəddar tanrılar Amiranini qayaya deyil, bir yerdə böyük bir mağara içərisində zəncirləyirdi. Şübhəsiz ki, bu yer də Kumistavidədir. Yəni mağaranın yerləşdiyi kənddə...

Elgün MƏNSİMOV
Fotolar müəllifindir
Bakı-Kutaisi
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description