"Bu sektor bizim ölkənin əsas prioritetlərindən biri olaraq qalır" "Bu sektor bizim ölkənin əsas prioritetlərindən biri olaraq qalır"

Prezident İlham Əliyev: “Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir”

"Bu sektor bizim ölkənin əsas prioritetlərindən biri olaraq qalır"

Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir.

Bunu Prezident İlham Əliyev dekabrın 3-də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haulin Jaonu qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib:

"Bu, bizim əməkdaşlığımızın yaxşı göstəricisidir və Azərbaycanın İKT sektorunun inkişafına verdiyi önəmi əks etdirir. Əlbəttə, sizin şəxsən sərgidə iştirakınız çox vacibdir. Çünki bu, Beynəlxalq Telekommunikasiya İttifaqı üçün tədbirin əhəmiyyətli olduğunu göstərir. Biz, həmçinin bunu sözügedən sektorda gördüyümüz işlərə verilən qiymətin göstəricisi hesab edirik. Qeyd etdiyiniz kimi, bu, 25-ci sərgidir. İldən-ilə marağın artdığını görürük. Əslində, bu sərgi zamanı cari ildə əldə etdiyimiz nailiyyətlər barədə də danışa bilərik. Düşünürəm ki, biz İKT sektorunda çox yaxşı inkişafa nail olmuşuq və bu sektor bizim ölkənin əsas prioritetlərindən biri olaraq qalır. Çünki o, çoxlu yeni ideyalar yaradır, yeni texnologiyalar gətirir, ölkəmizi müasirləşdirməyə yardım edir.

Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir. Struktur islahatları, siyasi inkişafla, şəffaflıqla bağlı islahatlar. Biz çox yaxşı nəticələr görürük. Azərbaycan çox sabit ölkədir və əhalinin böyük əksəriyyəti siyasətimizi dəstəkləyir. Bu, güclü siyasi iradənin nümayişinə, həmçinin iqtisadi və sosial həyatdakı böyük nailiyyətlərə əsaslanır. Cari il də bu baxımdan çox nəzərəçarpan olub. İnsanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması, sosial proqramların həyata keçirilməsi, maaş və təqaüdlərin artırılması - bütün bunların hamısı, təbii ki, bizim inkişafımızın göstəricisidir. Əlbəttə, iqtisadiyyatın əsas aparıcı qüvvəsi kimi İKT sektoru da qarşıdan gələn illərdə çox vacib rol oynayacaq. Bu sektorun inkişafı bizə islahatlarda daha çox səmərə əldə etməyə kömək edəcək. Təbii ki, bizim ölkəmizə göstərdiyiniz diqqətə görə sizə şəxsən təşəkkür etmək istəyirəm. Şadam ki, hər il bu sərgidə bizi ziyarət edirsiniz. Bunun sayəsində biz çox səmərəli əməkdaşlıq qura bilmişik. Beləliklə, mən sizə minnətdaram və Bakıda xoş vaxt keçirməyinizi arzu edirəm".

AzNews.az