Paşinyan Ermənistanda sosial partlayışın, hərbi çevriliş cəhdlərinin, yeni inqilab ssenarilərinin önünü kəsə bilməyəcək Paşinyan Ermənistanda sosial partlayışın, hərbi çevriliş cəhdlərinin, yeni inqilab ssenarilərinin önünü kəsə bilməyəcək

Darmadağın olmuş Ermənistan Zəngəzuru əlində saxlaya bilərmi? - TƏHLİL

Paşinyan Ermənistanda sosial partlayışın, hərbi çevriliş cəhdlərinin, yeni inqilab ssenarilərinin önünü kəsə bilməyəcək

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı 44 gün çəkdiyini deyirik. Elə bu üzdən Vətən savaşının bir başqa adı da “44 günlük müharibə”dir. Ancaq biz Azərbaycan dövləti və xalqı olaraq 44 gün ərzində savaşmamışıq torpaqlarımızı işğal altında saxlayan Ermənistanla. İkinci Qarabağ savaşı çox mərhələli şəkildə, hibrid texnologiyalarla gerçəkləşib, 44 günlük son hərbi həmlə zamanı isə, torpaqlarımız düşmən tapdağından azad edilib. Nəticədə meydanda qalib Azərbaycan, məğlub və sarsılmış Ermənistan var. Azərbaycan mediasında demək olar ki, hər gün Ermənistandan gələn xəbərlər yayımlanır. Lakin istər Ermənistan, istərsə də Azərbaycan mediasında yayımlanan məlumatlar məğlub ölkədəki sosial, iqtisadi, hərbi və diplomatik böhran barədə tam təsəvvür yarada bilmir. Orada real vəziyyət olduqca ağırdır.

Əvvəla, müharibə pul deməkdir. Hətta xatırlayırsınızsa, Napaleon Bonapartın məşhur sözü vardı: “Müharibəni udmaq üçün 3 şey lazımdır-pul, pul, pul”. Ermənistanın isə dövlət büdcəsi Azərbaycanla savaş aparmağa yetərli deyildi. 27 sentyabrdan sonra Ermənistanda bir neçə dəfə səfərbərlik elan olunmuşdu. Qabaqlarına keçəni avtobusa doldurub Qarabağa yollayırdılar. Dövlət büdcəsində nəzərdə tutulan xərclər rəsmi təyinatına görə deyil, guya “müharibə şərtləri”nə uyğun xərclənirdi. Əli girənlər təyinatı üzrə xərclənməyən həmin pulların xeyli hissəsini mənimsədilər. Əsgərin “tuşonka”sına göz dikən erməni generallarının məmur qohumlarından başqa cür davranış da gözləmək olmazdı. Bir tərəfdən hərbi əməliyyatlara cəlb edilmiş insan resursları öz dolanışığını itirib, digər tərəfdən hərbi əməliyyatlara yönəldilmiş pullar mənimsənilib, nəhayət, pulların rəsmi təyinat üzrə işlər görülməmiş qalır. Ən başlıcası isə, yaranmış maliyyə qıtlığını dəf etmək üçün nə mənbə var, nə də sabit, səriştəli və məqsədyönlü hökumət.

Nikol Paşinyan postunu qorumaq hayındadır. Onun elektoral bazasını Ermənistanın savaşdan yorulmuş, övlad itirmək istəməyən, məmur özbaşınalığından və korrupsiyadan bezmiş sosial təbəqələr təşkil edir. İlk vaxtlar həqiqətən də Nikol Paşinyan onların “sivil ehtiyacları”na adekvat addımlar atır, xüsusən korrupsiyaya qarşı çıxışlar edirdi. Lakin artıq Paşinyanın tankların qabağında dura bilməyən tərəfdarları pulun da qarşısında dayana bilmirlər. Ermənistanda savaşdan sonra korrupsiyaya sadəcə olaraq, nəzarət etmək mümkün deyil. Odur ki, Ermənistan baş nazirinə Zəngəzurda ən vulqar şəkildə “çıx get” deyilməsi, əslində, cəmiyyətdə formalaşan yeni dib dalğasının ilkin simptomlarıdır. Ermənistan Nikol Paşinyanla uzun müddət davam edə bilməyəcək. O, bəlkə də iyundakı seçkiləri ötüşdürə, kreslosunu qoruya biləcək, amma Ermənistanda sosial partlayışın, hərbi çevriliş cəhdlərinin, yeni inqilab ssenarilərinin önünü kəsə bilməyəcək.

Qətiyyən nəzərdən qaçırmamalı olduğumuz bir neçə məsələ var.

Ermənistan uzun müddət torpaqlarımızı işğal altında saxlamaqla talanlar həyata keçirib, maddi sərvətlərimizi daşıyıb və satıb, silah və narkotik qaçaqçılığına şərait yaradıb, çirkli pullar yuyub. Torpaqlarımızın azad olunması, Azərbaycanla Ermənistanın sərhədlərinin dəqiqləşməsi, Xankəndi və ətrafında qalan seperatçı hərbi xuntanın tam sıradan çıxmasının qaçılmaz şərtə dönməsi İravandakı oliqarxların “qazanc yerini” itirməsi deməkdir. Nəzərə alanda ki, Ermənistan ordusunun orkestr şefinə qədər bütün yüksək çinli zabit və generalları Nikol Paşinyanı istefaya çağıran bəyanata imza atıb, oradakı proseslərdə revanşist xəttin önə çıxması və hərbi qiyama çevriləcəyini istisna etmək olmaz.

Odur ki, heç zaman arxayın olmamalıyıq.

Həm də ona görə arxayın olmamalıyıq ki, ABŞ və Avropa ölkələri Rusiya ilə Türkiyə arasında uzlaşmadan həddən artıq narahatlıq keçirirlər. Bu uzlaşma Qarabağın işğaldan azad edilməsi üçün lehimizə işlədi.

ABŞ və digər Qərb ölkələri diplomatiya tarixində “Şərq məsələsi” adlandırılan erməni seperatizminin bitməsində maraqlı deyil. Elə Rusiya özü də bu məsələdə “bir yerə qədər” yeni siyasət icraçısı kimi görsənir. Üstəlik, gəlin etiraf edək ki, ermənilərin Azərbaycana və Türkiyəyə qarşı maşalıq etmək və işləmək təcrübəsi kifayət qədər genişdir. Odur ki, həm Azərbaycan, həm də Qarabağda erməni revanşizminin yenidən baş qaldırmaması üçün üzərinə öhdəliklər götürmüş Türkiyə Rusiyadan bölgədə demilitarizasiya aparmasını, Xankəndində Azərbaycanın suveren hüquqlarının tam bərpasına şərait yaradılmasını tələb etməlidir.

İkincisi, Türkiyə Ermənistanla sərhədlərini açmağa hələ tələsməməli, bu prosesi mərhələli şəkildə həyata keçirməlidir. Nə qədər ki, Ermənistan Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü tanımayıb, eləcə də Türkiyəyə qarşı ərazi iddialarının olmadığını rəsmi şəkildə bəyan etməyib, Ankaranın tələsməsinə ehtiyac yoxdur.

Üçüncüsü, əgər diqqət edirsinizsə, Azərbaycan prezidenti İlham Əliyev ard-arda Zəngəzura dönüşlə bağlı bəyanatlar, açıqlamalar verir. Bu, əlbəttə, bir hədəfdir, strateji yol xəritəsidir. Taktiki baxımdan isə, Sovet Azərbaycanın ötən əsrin əvvəllərində Ermənistan bolşeviklərinə “inqilab hədiyyəsi” olaraq verdiyi Zəngəzurla bağlı məsələlərin gündəmə gətirilməsi Ermənistan cəmiyyətinə “kitabın arxasındakı hazır cavabı” göstərməkdir. Yeni hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın Xankəndini götürməsi üçün daha 44 gün lazım deyil, bu işi 4 günə də bitirmək mümkündür. Ancaq yeni hərbi əməliyyatlar başlayarsa, bu o demək olacaq ki, Rusiya Ermənistanın dövlət sərhədlərini qorumayacağına işarə verib. O zaman ordusunun böyük hissəsini ikinci Qarabağ savaşında itirmiş, savaşdan sonra isə yeni miqrant dalğası ilə gündən-günə boşalmaqda olan “Ermənistan” deyə bir dövlət qala bilərmi siyasi xəritədə?

Bəli, prezident İlham Əliyev Azərbaycan tarixinin paradiqmalarını mükəmməl bilən, qeyri-adi tarix bilincinə və genetik çağırışlara malik olan lider kimi son 100 ilin əsas ərazi itkisini aradan qaldırmaq - Zəngəzur yolunu açmaq üçün qollarını çırmayıb. Dövlət başçısının Zəngilanda idman daşları ilə məşq etməsi də, əslində, fiziki hazırlığını cəmiyyətə göstərməkdən çox, düşmənə həm fiziki, həm də siyasi anlamda əzələ nümayişi idi.

Ermənistanı Zəngəzuru əlində saxladığı hər günə peşiman etməliyik!

Taleh ŞAHSUVARLI