Sahib Alıyev: "Bununla bildirilir ki, forpostun yiyəsi var" Sahib Alıyev: "Bununla bildirilir ki, forpostun yiyəsi var"

"Söhbət yalandan belə neytral görünmək istəməyən dövlətdən gedir" - Deputat

Sahib Alıyev: "Bununla bildirilir ki, forpostun yiyəsi var"

'Rusiyanın Zəngəzurun indi Ermənistan sərhədləri içərisində olan hissəsinə əlavə hərbiçilər göndərməsi forpostun təhlükəsizliyini möhkəmləndirmək görüntüsü yaratsa da, bu, əslində Nikol Paşinyana həddini göstərmək məqsədilə edilir. Bununla bildirilir ki, forpostun yiyəsi var, Ermənistan rəhbərliyinin guya Azərbaycandan gələn təhlükəni dəf etmək adı altında regiona yad qüvvələri çağırıb gətirmək istəyi istək də olaraq qalacaq'.

Bu barədə Milli Məclisin üzvü Sahib Alıyev öz Facebook statusunda yazıb. O, daha sonra bildirib ki, Minsk qrupu həmsədrlərinin Azərbaycan-Ermənistan sərhəddində yaranmış vəziyyəti normallaşdırmaq niyyətləri başadüşüləndir:

"Həmsədrlərin dünənki açıqlamalarına gəldikdə isə, Qarabağda onlarlıq bir iş qalmadığından delimitasiya və demarkasiya məsələlərində iki ölkə arasında vasitəçilik etmək istəkləri anlaşılandır. Amma daha çox biz də varıq prinsipiylə vasitəçiliyə can atanlar anlamalıdırlar ki, burada 30 illik süründürməçilik təcrübələri işə keçməyəcək. Bizdə olduğu kimi həmən həmsədr ölkələrdən birində-Rusiyada da Azərbaycan və Ermənistan sərhədlərinin dəqiq xəritəsi var və Azərbaycanın da istəyi delimitasiyayla demarkasiyanın o xəritə üzrə reallaşıdırılmasıdır.

Bir də maraqlıdır ki, Fransa hansı imic və hansı üzlə özünü vasitəçi sayır. Çünki söhbət digər həmsədrlərdən fərqli olaraq yalandan belə neytral görünmək istəməyən dövlətdən gedir".

AzNews.az