Bu səfəri də məhz bu kontekstdən vacib səfər kimi dəyərləndirmək lazımdır Bu səfəri də məhz bu kontekstdən vacib səfər kimi dəyərləndirmək lazımdır

Gürcüstanla münasibətlərdən məmnun olmayan qüvvələr var - Ekspert səfəri ŞƏRH EDİR

Bu səfəri də məhz bu kontekstdən vacib səfər kimi dəyərləndirmək lazımdır

Əsası 1992-ci ildə qoyulan Azərbaycanla Gürcüstan diplomatik əlaqələri 1997-ci ildən müxtəlif istiqamətləri əhatə edən strateji tərəfdaşlıq sazişi ilə möhkəmlənibdir.

Azərbaycan və Gürcüstan regional və transkontinental formatlarda enerji, nəqliyyat-tranzit sahələri ilə paralel ikili formatda sənaye kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığı mövcuddur.

Əməkdaşlığın ikili formatı haqqında danışsaq, Gürcüstana yatırılan investisiyaların həcminə görə, Azərbaycan ən böyük xarici investordur, tərəflərarası qarşılıqlı investisiya mühitinə görə Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 milyon dollar, Azərbaycan isə Gürcüstana 3,2 milyard dollar investisiya yatırıb.

Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti, Gürcüstanda isə 1300-ə yaxın Azərbaycan şirkəti, xüsusilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) uğurla fəaliyyət göstərir. SOCAR-ın törəmə şirkəti olan SOCAR Energy Georgia Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə və Kulevi neft terminalına nəzarət edir.

Həmçinin SOCAR Energy Georgia Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsulları, mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisi ilə məşğuldur.

Əməkdaşlığımızın regional və regionlararası formatından danışsaq, enerji sahəsi Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli iri enerji və nəqliyyat layihələri: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, reallaşmaqda olan Cənub Qaz Dəhlizi və Avropa Asiya, Çini birləşdirən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” də kimi qitələr arası layihələr həyata keçirilir ki, bu layihələr Cənubi Qafqaz regionun nəqliyyat-tranzit potensialını və geopolitik əhəmiyyətini artırılmasına xidmət edir.

Bu iri layihələrin ölkəmiz üçün faydalılığı isə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın geopolitik əhəmiyyətinin misilsiz dərəcədə artması ilə nəticələnibdir.

Şimal-Cənub nəqliyyat dəhlizinin əsas mərkəzi kimi Azərbaycan Yaxın Şərq, Fars körfəzindən yüklərin Rusiyaya və Qara dəniz vasitəsilə Avropaya tranzitini təmin edir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Çin və Avropa arasında əhəmiyyətli tranzit dəhlizlərinin yaranması ilə müasir geopolitik müstəvidə regionun və təşəbbüsçü kimi ölkəmizin rolunu müstəsna dərəcədə əhəmiyyətli edib.

Çünki son illər qlobal səviyyədə dəyişən lojistik mənzərə belədir ki, Rusiya və Avropa arasında enerji və ticarətin quru ilə nəqli üçün mövcud olan üç yoldan yalnız biri, Rusiya və İranla bərbad münasibətləri fonunda Qərbin yüz milyardlarla dollarlıq ticarətinin yalnız bir real marşrutu Azərbaycandan keçməklə Gürcüstan ərazisindən nəqli marşurutudur.

Son zamanlar Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərq regionlarını birləşdirən bir zolaqda yeni nüfuz transformasiyası gedir və bu prosesdə bizim regionun Azərbaycan və Gürcüstan eyni mövqedən çıxış edir.

44 günlük vətən müharibəsindən sonra, Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin enerji resurslarının diversifikasiyası, Mərkəzi Asiyanın resursları və komunikasiya imkanlarının diversifikasiyası daxil Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi olan bu strateji regionda nəzərdə tutulan və həyata keçilirən layihələrə qarşı aktiv fəaliyyət həyata keçirilir.

Gürcüstanla Azərbaycanın münasibətlərinin bu mərhələsindən məmnun olmayan qüvvələrin mövcudluğu da heç kimə sirr deyil.

Bu üzdən də , bütün məsələlərdə xoşməramlı və konstruktiv bir məcrada müzakirələr aparılması tərəflərin prioritet seçimi olub.

Regionda mövcud balansın dəyişdirilməsinə hesablanan bu fəaliyyət Azərbaycan və Gürcüstan dövlət rəhbərlərindən xüsusi diqqət və səy tələb edir.

Bu səfəri də məhz bu kontekstdən vacib səfər kimi dəyərləndirmək lazımdır.

Yeganə Hacıyeva

Beynəlxalq münasibətlər üzrə ekspert