MEDİA ictimai-siyasi saytlara pul ayırdı- Qaliblər sırasında "AzNews" da var

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

AzNews.az xəbər verir ki, müsabiqədə onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə hər ay Agentlik qalib saytlara 3000 manat yardım edəcək.

Məmnuniyyətlə qeyd edək ki, müsabiqənin qalibləri arasında AzNews.az analitik-informasiya portalı da var.

AzNews.az