Kosovo isə evdə Malta ilə qarşılaşacaq. Kosovo isə evdə Malta ilə qarşılaşacaq.
  • Fanat
  • 11 Oktyabr 2018 10:24
  •  2 248

Azərbaycan yığmasının adadakı sınağı

Kosovo isə evdə Malta ilə qarşılaşacaq.

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçiriləcək.

Aznews.az xəbər verir ki, Azərbaycan yığması da sözügedən turnirdə növbəti matçına çıxacaq.
Qurban Qurbanovun çalışdırdığı millimiz səfərdə Farer adaları ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan yığması ilk turda Bakıda Kosovo (0:0), səfərdə Malta ilə (1:1) bərabərə qalıb. Farer adaları isə ilk turda Maltaya 3:1 hesabı ilə qalib gəldiyi halda, səfərdə Kosovoya uduzub - 0:2.

Bu gün millimizin yer aldığı qrupun digər matçında Kosovo evdə Malta ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup

11 oktyabr

22:45. Farer adaları - Azərbaycan
Baş hakim: Aleksey Yeskov.
Baş hakimin köməkçiləri: Dmitri Mosyakin, Anton Averianov.
Dördüncü hakim: Valeri Dançenko.
Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Mixail Vilkov (Hakimlər briqadası Rusiyadandı).

Turan

© AzNews.az