Tanınmış futbolçu xərçəng xəstəliyindən ölən azarkeşin adını qoluna döymə etdirib . Tanınmış futbolçu xərçəng xəstəliyindən ölən azarkeşin adını qoluna döymə etdirib .
  • Fanat
  • 19 Oktyabr 2018 22:08
  •  1 366

Tanınmış futbolçudan duyğusal addım

Tanınmış futbolçu xərçəng xəstəliyindən ölən azarkeşin adını qoluna döymə etdirib .

İngiltərənin "Bornmut" klubunun futbolçusu Cermeyn Defo xərçəng xəstəliyindən dünyasını dəyişən azarkeşlə bağlı maraqlı addım atıb.

36 yaşlı hücumçu sabiq komandası "Sanderlend"in azyaşlı azarkeşi Bredli Louerinin adını qoluna döymə etdirib.

Təcrübəli hücumçu həmin anın videosunu şəxsi "Twitter" hesabından paylaşıb.

Qeyd edək ki, Cermeyn Defo 2015 - 2017 illər ərzində "Sanderlend"də çıxış edib. O, 57 dəfə İngiltərə millisinin formasını geyinib.(report.az)

AzNews.az