"O, mənə çox kömək olmuşdu” "O, mənə çox kömək olmuşdu”
  • Fanat
  • 23 Oktyabr 2018 18:02
  •  1 087

“Real”la “Yuventus”u müqayisə etmək istəmirəm - Ronaldo

"O, mənə çox kömək olmuşdu”

“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun Çempionlar Liqasında “Mançester Yunayted”lə qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirilib.

AzNews.az xəbər verir ki, portuqaliyalı hücumçu oyunla bağlı bunları deyib:

“Şəxsi titullara əhəmiyyət vermirəm. Son iki ayımı “Yuventus”a həsr etmişəm. “Mançester Yunayted” güclü komandadır. Baş məşqçimizin dediklərinə əməl etsək, qazanmaq şansımız daha çoxdur. Ancaq rəqibin də gücünü nəzərə almaq lazımdır.

“Real”la “Yuventus”u müqayisə etmək istəmirəm, hər ikisi böyük klubdur. MY və “Real”dan sonra “Yuve” kimi böyük klubda olmaqdan qürur duyuram. Hələ öyrənəcəyim çox şey var. Komanda yoldaşlarım da mənə kömək edir.

“Mançester Yunayted”in arenasına gəlmək mənim üçün xoşdur. Burda ser Aleks Ferqyusonla yaxşı günlərimiz olub. Ona salamlarımı göndərirəm. Mənə çox kömək olmuşdu”.

Ronaldo 2003-2009-cu illər aralığında MY-nin formasını geyinib. Portuqaliyalı forvard 2009-cu ildə 94 milyon avro qarşılığında “Real”a keçmişdi. O, yay transfer pəncərəsi dövründə isə 105 milyon avroya “Yuventus”a transfer edilib.

MY - “Yuventus” matçı bu gün, saat 23:00-da başlayacaq.

© AzNews.az