Beynəlxalq dərəcəli həndbol hakimlərimiz Emil və Ernest Ağakişi qardaşları yeni təyinat alıblar. Beynəlxalq dərəcəli həndbol hakimlərimiz Emil və Ernest Ağakişi qardaşları yeni təyinat alıblar.
  • Fanat
  • 8 Noyabr 2018 16:48
  •  1 437

Federasiyada yeni təyinat

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz Emil və Ernest Ağakişi qardaşları yeni təyinat alıblar.

Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, onlar qadın həndbolçuların "Challenge Cup” turnirinin III mərhələsinin "ACME–Jalgris-2” (Litva)–"Qomel” (Belarus) matçında ədaləti təmsil edəcəklər.

Qarşılaşmada Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi çexiyalı Lada Trojkova olacaq.

Görüş noyabrın 11-də Litvanın Alitus şəhərinin "Alytaus Arena” kompleksində keçiriləcək. (Unikal.org )

© AzNews.az