- Fanat
- 12 Noyabr 2018 17:19
- 1 666
İranda qadın azarkeşlər futbol stadionuna buraxıldı - 39 il sonra

Stadionda təxminən 500 qadın azarkeş olub.
Asiya üzrə Çempionlar Liqasının final matçında İranın "Persepolis" futbolçuları öz meydanında Yaponiyanın "Kashima Antlers" komandasını qəbul edib. Bu vaxt qadın azarkeşlər 39 il sonra stadiona buraxılıb.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, paytaxt Tehrandakı Azadi stadionuna 80 min azarkeş gəlib. Onların arasında təxminən 500 qadın futbol azarkeşi olub. 1979-cu il İran inqilabından bəri qadınlar stadiona buraxılmayıb.
İranın ISNA xəbər agentliyi bildirir ki, qadınlara 850 nəfərlik yer ayrılıbmış.
Oyun isə 0-0 hesablı bərabərliklə sona çatıb. İlk oyunda iranlılar səfərdə yaponlara 0-2 hesabı ilə uduzub. Bu nəticəyə görə Yaponiya komandası final oyununun qalibi olub.
Babək Göyüş
AzNews.az
