AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 800 manat məbləğində cəzalandırıb. AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 800 manat məbləğində cəzalandırıb.
  • Fanat
  • 13 Noyabr 2018 15:39
  •  2 014

Azarkeşlər “Qarabağ”ı ziyana saldı

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 800 manat məbləğində cəzalandırıb.

Səbəb Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri matçda Ağdam klubu azarkeşlərinin pirotexniki vasitələrdən yararlanmaları olub. Eyni zamanda “Qarabağ” fanatlarının olduğu sektorda oturacaqlar sındırılıb.

İntizam Komitəsi qərara alıb ki, "Qəbələ"nin təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödənilsin.(report.az)

© AzNews.az