Xorvatiya isə B liqasına yuvarlanıb. Xorvatiya isə B liqasına yuvarlanıb.
  • Fanat
  • 18 Noyabr 2018 21:09
  •  994

DÇ-nin son finalçısı qrupda qaldı, İngiltərə yarımfinala yüksəldi - VİDEO

Xorvatiya isə B liqasına yuvarlanıb.

Millətlər Liqasının A qrupunun 1-ci qrupunda oyunlara yekun vurulub.

Qrupun son matçında İngiltərə öz meydanında Dünya Çempionatının son finalçısı Xorvatiyanı qəbul edib.

A liqasının yarımfinalına yüksəlmək üçün hər iki iki komandaya qələbə lazım olan matçda hesabı Xorvatiya açıb. Lakin, əzmkarlıq nümayiş etdirən İngiltərə matçın sonlarında 2 qol vuraraq qələbə qazanmağı bacarıb.

Bu qələbə sayəsində xalnı 7-yə çatdıran İngiltərə yığması İspaniyanı geridə qoyaraq qrupu qalib başa vurub. Beləliklə, İngiltərə A liqasının yarımfinalına yüksəlib. Xorvatiya isə B liqasına yuvarlanıb.

Qeyd edək ki, 4 liqaya bölünən Millətlər Liqasında qrup qalibləri birbaşa həmin liqanın yarımfinalına yüksəlir. Hər liqanı qalib başa vuran komandalar isə Avro-2020-yə vəsiqə qazanacaq.

İngiltərə - Xorvatiya - 2:1

Qollar: Kramariç, 57 (0:1), Linqard, 78 (1:1), Keyn, 85 (2:1)

AzNews.az