- Fanat
- 11:04
- 699
FIFA “Fənərbaxça”ya transfer qadağası tətbiq edib
FIFA Türkiyənin “Fənərbaxça” futbol klubuna transfer qadağası tətbiq edib.
AzNews.az xəbər verir ki, İstanbul təmsilçisi növbəti 3 transfer pəncərəsi ərzində yeni oyunçu qeydiyyata ala bilməyəcək.
FIFA-nın rəsmi saytında yer alan siyahıya görə, transfer qadağası 25 sentyabr 2026-cı ildən qüvvəyə minib.
Lakin müvafiq ödənişlər ediləcəyi təqdirdə, sanksiyanın ləğv ediləcəyi bildirilib.