- İşin içi
- 11:03
- 660
Azərbaycan neftinin qiyməti 123.46 dollar olub
Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
AzNews.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2.48 ABŞ dolları və ya 1,96% azalaraq 123.46 ABŞ dolları olub.
Bundan əvvəl Azərbaycan nefti 125.94 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.