- İşin içi
- 09:49
- 683
Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşıb
Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
AzNews.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,51 ABŞ dolları və ya 3,7% artaraq 125,94 ABŞ dolları olub.
Bundan əvvəl Azərbaycan nefti 121,43 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.