Zidan 2018-ci ilin ən yaxşı klub məşqçisi seçilib. Zidan 2018-ci ilin ən yaxşı klub məşqçisi seçilib.
  • Fanat
  • 30 Noyabr 2018 14:17
  •  1 412

Zidan ilin ən yaxşı məşqçisi seçildi

Zidan 2018-ci ilin ən yaxşı klub məşqçisi seçilib.

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2018-ci ilin yekunlarına dair dünyanın ən yaxşı klub baş məşqçilərinin siyahısını dərc edib.

296 xal toplayan Madridin “Real” klubunun keçmiş baş məşqçisi Zinəddin Zidan ilin ən yaxşı məşqçisi seçilib. Siyahıya görə, ikinci yeri alman mütəxəssis Yurgen Klopp (“Liverpul”, 109 xal), üçüncü yeri isə Xosep Qvardiola (“Mançester Siti”, 105 xal) tutublar. İlk beşliyi argentinalı Dieqo Simeone (“Atletiko”, 48 xal) və italiyalı Massimiliano Alleqri (“Yuventus” 33 xal) qapadıblar.

2018-ci ildə Zidan “Real”la birlikdə ard-arda üçüncü dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Fransalı məşqçinin bu göstəricisi futbol tarixində bir ilkdir. 2017/18 mövsümünün sonunda Zidan “Real” klubunun baş məşqçisi postunu tərk edib.(AZƏRTAC)

© AzNews.az