"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək atıcıların adları müyyənləşib. "Minsk 2019" II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək atıcıların adları müyyənləşib.
  • Fanat
  • 3 Yanvar 2019 14:31
  •  2 122

Azərbaycanı II Avropa Oyunlarında onlar təmsil edəcək

"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək atıcıların adları müyyənləşib.

Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov məlumat verib. Onun sözlərinə görə, Oyunlara 5 atıcı qatılacaq. Stend atıcılığı növündə Emin Cəfərov, Nurlana Cəfərova (hər ikisi dairəvi stenddə), Aydan Camalova (səngər stendi) mübarizə aparacaq. Güllə atıcılığında isə Ruslan Lunyov və Nigar Nəsirova qüvvəsini sınayacaq.

H.Cəfərov bildirib ki, atıcılığın hər bir növü üzrə Avropa Oyunlarının qalibləri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə təşkil olunacaq.(report.az)

© AzNews.az