Mauro İkardinin "İnter"lə sözləşməsi 2021-ci ilin iyun ayında başa çatacaq. Mauro İkardinin "İnter"lə sözləşməsi 2021-ci ilin iyun ayında başa çatacaq.
  • Fanat
  • 9 Yanvar 2019 19:31
  •  2 613

Mauro İkardi "İnter"lə müqaviləni yeniləməyəcək

Mauro İkardinin "İnter"lə sözləşməsi 2021-ci ilin iyun ayında başa çatacaq.

Argentina milli komandasının futbolçusu Mauro İkardi İtaliyanın "İnter" klubu ilə müqaviləni yeniləməyəcək.

Bu barədə 26 yaşlı hücumçunun agenti olan həyat yoldaşı Vanda Nara məlumat verib. Təcrübəli oyunçunun karyerasını İngiltərə "Çelsi"si və ya İspaniya "Real Madrid"ində davam etdirəcəyi vurğulanıb.

Qeyd edək ki, Mauro İkardinin "İnter"lə sözləşməsi 2021-ci ilin iyun ayında başa çatacaq. 2013-cu ildən Milan təmsilçisində çıxış edən argentinalı forvard 2017-2018 mövsümündə İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçilib. (report)

AzNews.az