• Fanat
  • 19 Yanvar 2019 19:55
  •  383

“Səbail” İsveçrə klubu ilə heç-heçə oynadı

“Miracle Resort” İdman Kompleksinin stadionunda təşkil olunmuş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Səbail” klubu bu gün ikinci yoxlama oyununa çıxıb.

Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv İsveçrə “Sürix”i ilə qarşılaşıb.

“Miracle Resort” İdman Kompleksinin stadionunda təşkil olunmuş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 37-ci dəqiqədə Ağabala Ramazanov açsa da, 79-cu dəqiqədə Marko Şönbaxler bərabərlik qolunu vurub. Bununla da "Səbail" qələbə hesabını qoruya bilməyib.

Yoxlama oyunu

19 yanvar

17:00. "Səbail" - "Sürix" (İsveçrə) 1:1

Qollar: Ağabala Ramazanov, 37 - Marko Şönbaxler, 79

“Miracle Resort” İdman Kompleksinin stadionu

Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Macarıstan “Aqvital”ını yenib - 3:2. (report)

AzNews.az

image description image description image description image description