Ötən il Rusiyada keçirilən XXI dünya çempionatında qol vuran futbolçu azarkeşə hücum edib. Ötən il Rusiyada keçirilən XXI dünya çempionatında qol vuran futbolçu azarkeşə hücum edib.
  • Fanat
  • 21 Yanvar 2019 15:10
  •  1 442

Gənc futbolçu azarkeşə hücum etdi - Meydandan qovuldu

Ötən il Rusiyada keçirilən XXI dünya çempionatında qol vuran futbolçu azarkeşə hücum edib.

Qalmaqallı hadisə İspaniyanın Sequnda B çempionatında “Exea” və “Barselona B” (1: 0) komandaları arasında keçirilən oyun zamanı baş verib. Kataloniyalıların müdafiəçisi Mussa Vahe uzun müddət topu geri verməyən tamaşaçıya hücum edib. Hakim 20 yaşlı müdafiəçiyə qırmızı vərəqə göstərib və meydandan kənarlaşdırıb.

Qeyd edək ki, Vahe Seneqal milli komandasının heyətində 2018-ci il dünya çempionatında Yaponiya yığması ilə oyunda fərqlənib - 2: 2. Müdafiəçi milli komandanın heyətində 12 oyun keçirib.(AZƏRTAC)

© AzNews.az