“Arzu dalınca qaçmaq məni ilhamlandırır”. “Arzu dalınca qaçmaq məni ilhamlandırır”.
  • Fanat
  • 28 Yanvar 2019 14:51
  •  1 474

Makqreqor yeni yaxta aldı - VİDEO

“Arzu dalınca qaçmaq məni ilhamlandırır”.

İrlandiyalı MMA döyüşçüsü və boksçu Konor Makqreqor yeni yaxtasını nümayiş etdirib.

Bazar günü, yanvarın 27-də “Instagram”da yayılan videoda o, aldığı yaxtanın şəkillərinin olduğu broşürü vərəqləyir.

Döyüşçü qiyməti 3 milyon funt (7 milyon manat – red.) dəyərində fransız brendi “Prestige” istehsalı olan gəmi alıb.

Broşürün səhifələrindən birində amerikalı boksçu Məhəmməd Əlinin sözləri qeyd olunub.

“Risk etmək üçün yetərli dərəcədə cəsarətli olmayan həyatda heç nəyə nail olmayacaq”, - deyə sitatda deyilir. Lakin Məhəmməd Əlinin adının yazılışında səhvə yol verilib – müəlliflər Muhammad əvəzinə, Mohammad yazıblar (boksçunun adı ingiliscə Muhammad yazılır).

Növbəti səhifədə isə K.Makqreroqun öz sözləri qeyd olunub:

“Arzu dalınca qaçmaq məni ilhamlandırır”.(oxu.az)

© AzNews.az