Səfərdə Mbappe bir qolla yadda qalıb. Səfərdə Mbappe bir qolla yadda qalıb.
  • Fanat
  • 13 Fevral 2019 17:10
  •  2 213

Mbappe qolların sayına görə Zidana çatdı

Səfərdə Mbappe bir qolla yadda qalıb.

Fransanın “Paris Sen-Jermen” klubunun 20 yaşlı futbolçusu Kilyan Mbappe UEFA Çempionlar Liqasında vurduğu qollara görə Zinəddin Zidana, Nazario Ronaldoya və Miroslav Klozeya çatıb.

“Paris Sen-Jermen” klubu səfərdə “Mançester Yunayted” komandasını məğlub etdiyi görüşdə Mbappe (0:2) bir qolla yadda qalıb. Bu qol sayəsində Kilyan Mbappe UEFA Çempionlar Liqasında 24-cü oyununda 14-cü qoluna imza atıb.

Qeyd edək ki, Kilyan Mbappe 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Fransa millisinin heyətində dünya çempionu adı qazanıb. O, 2017-ci ildə “Monako” komandasından “Paris Sen-Jermen” klubuna 180 milyon avro müqabilində transfer edilib. Kilyan “Paris Sen-Jermen” klubunun heyətində 43 oyunda meydana çıxıb və 31 qolla yadda qalıb.(AZƏRTAC)

AzNews.az